Brayan Qrin

Brayan Qrin
ing. Brian Randolph Greene
Doğum adı Brayan Rendolf Qrin
Doğum tarixi
Doğum yeri Nyu York şəhəri, ABŞ
Milliyyəti amerikan
Uşağı 2
Elm sahəsi Fizika
İş yerləri Kornell Universiteti
Kolumbiya Universiteti
Alma-mater Harvard Universiteti (İncəsənət üzrə Bakalavr)
Maqdalin Kolleci, Oksford (fəlsəfə doktoru)
Təhsili
Elmi rəhbərləri Qrem Ross (fizik)
Ceyms Binni
Tanınır Sim nəzəriyyəsi
Zərif kainat
Kosmosun strukturu
Gizli reallıq
Mükafatları Endryu Gemant mükafatı (2003)
briangreene.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brayan Rendolf Qrin (ing. Brian Randolph Greene; 9 fevral 1963[3][4][…], Nyu-York, Nyu-York ştatı)[5] — amerikan nəzəriyyəçi fiziki və riyaziyyatçısı, elmin populyarlaşdırıcısı, ən məşhur sim nəzəriyyəçilərindən biri. Qrin 1990–1995-ci illərdə Kornell Universitetində fizika professoru olub və 1996-cı ildən Kolumbiya Universitetinin professoru və 2008-ci ildə həmtəsisçilərindən biri olan Ümumdünya Elm Festivalının sədridir. Qrin iki müxtəlif Kalabi-Yau çoxobrazlılarına (konifoldu onun orbifoldlarından biri ilə konkret əlaqələndirir) aid güzgü simmetriyası üzərində işləmişdir. O, həmçinin flop-keçidini, topoloji dəyişikliyin xəfif formasını təsvir etmiş, sim nəzəriyyəsində topologiyanın konifold nöqtəsində dəyişə biləcəyini göstərmişdir.

Qrin geniş ictimaiyyət üçün kitabları, "Zərif kainat", "Zamanın kənarındakı İkar", "Kosmosun strukturu", "Gizli reallıq" və onlarla əlaqədar PBS xüsusi televiziya proqramları vasitəsilə daha geniş auditoriya tərəfindən tanınmışdır. O, həmçinin Böyük partlayış nəzəriyyəsi teleserialının Bitki bağçasının cücərməsi bölümündə, həmçinin TezlikSon Mimzi filmlərində rol alıb. Hal-hazırda Atom alimləri bülleteninin Sponsorlar Şurasının üzvüdür.[6] 2020-ci ilin fevralında onun podkastçı Co Roqana verdiyi müsahibəsinə milyonlarla insan tərəfindən izlənilmiş və ya dinlənilmişdir.

  1. 1 2 Rhodes Scholar Database.
  2. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  3. Berris L. Brian Greene // Encyclopædia Britannica (ing.).
  4. Brian GREENE // NooSFere (fr.). 1999.
  5. "The Mathematics Genealogy Project – Brian Greene". March 5, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 21, 2014.
  6. "Board of Sponsors". Bulletin of the Atomic Scientists. 20 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2019.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search